Türkiyənin ən məşhur turizm mərkəzlərindən sayılan Antalya şəhərində 20-23 mart tarixində “Beynəlxalq mədəniyyət zirvəsi” adlı simpozium təşkil edilib.
Simpoziumda Azərbaycandan “Avey” və “Keşikçidağ” tarix-mədəniyyət qoruqları tərəfindən hazırlanan “Qafqaz Albaniyasının qəbirüstü abidələri: daşyonma sənətinin plastikası” adlı məruzə də təqdim olunub.
Məqalədə “Avey” və “Keşikçidağ” qoruqları ərazisində, xüsusilə Göyəzən dağının ətəyində aşkar edilmiş qədim qəbir və Ceyrançöl ərazisində arxeoloji qazıntılardan əldə edilmiş maddi-mədəniyyət nümunələrindən və digər abidələrdən bəhs edilib.