Quba rayonunda dağların ətəyində, gözəl təbiət qoynunda yerləşən beşulduzlu "Quba Rixos" hoteli rebrendinq edib. 1 aprel tarixindən hotel "Quba Palace" adı ilə fəaliyyətini davam etdirəcək.
   Hotelin baş meneceri Kənan Ağayevin sözlərinə görə, rebrendinq “Rixos” brendinin regionu tərk etmək haqqında qərarından sonra həyata keçirilib. Brend rəsmən həm Azərbaycan, həm də Gürcüstan bazarından çıxır. Azərbaycandakı "Quba Rixos" hoteli "Quba Palace", Gürcüstandakı "Rixos Borjomi" isə "Borjomi Likani" adını daşıyacaq. 
   Qeyd edək ki, Azərbaycanda ilk qolf meydançasına malik "Quba Palace" hotel kompleksi 2013-cü ildə istifadəyə verilib. Quba rayonunun Əski İqrığ kəndində yerləşən kompleks yeddimərtəbəli əsas bina, villalar, əyləncə parkı, qolf sahəsi və digər xidmət obyektlərindən ibarətdir.