Aprelin 4-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) ABŞ-ın Şərqi Karolina Universitetinin professoru xanım Pagie Viren ilə görüş keçirilib.
   ATMU-dan bildirilib ki, qonaq ali məktəbin turizm və hotelçilik ixtisası üzrə bakalavr pilləsinin ingilis dilində təhsil alan tələbələrinə ABŞ-da turizmin müasir vəziyyəti, ekoturizm və marketinq barədə ətraflı məlumat verib və onların suallarını cavablandırıb.
   ATMU-nun tədris işləri üzrə prorektoru İranə Əliyeva, Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Rəhman Səfərov, fakültənin dekan müavini Flora Ələsgərova və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa amerikalı professoru universitetdə tədris olunan fənlər, beynəlxalq əlaqələrin qurulması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumatlandırıblar. 
   
   F.Hüseynov