Ukraynada aprel ayından etibarən xarici vətəndaşlar üçün elektron vizanın tətbiqinə başlanılıb. Bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.
   Artıq xarici vətəndaşlar Ukraynaya işgüzar və ya turistik səfər edərkən elektron viza ala biləcəklər. Elektron vizanın qeydiyyatı üçün anket, müvafiq sənədlər onlayn doldurulmalı, bank kartları ilə rüsum ödənilməlidir. Elektron vizanı 46 ölkənin vətəndaşları ala bilər.