Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY tərəfindən 2018-ci ilin “Qara Qarayev ili” elan olunması münasibətilə Türkiyənin Bursa şəhərində möhtəşəm konsert keçirilib.
Böyük bəstəkarların musiqiləri Bursa Dövlət Orkestri tərəfindən maestro Yalçın Adıgözəlovun dirijorluğu və soprano Nurdan Kuçukekmekçinin solistliyi ilə səslənib. Konsertdən sonra Azərbaycanın TÜRKSOY-dakı rəsmi təmsilçisi Elçin Qafarlı təşkilatın diplomlarını ifaçılara təqdim edib.
Xatırladaq ki, TÜRKSOY-un böyük musiqiçinin xatirəsinə elan etdiyi “Qara Qarayev ili”nin təntənəli açılış mərasimi fevralın 14-də Ankara şəhərində keçirilib. İl çərçivəsində türkdilli ölkələrdə görkəmli bəstəkarın yubileyi ilə bağlı tədbirlərin keçirilməsi nəzərdə tutulur.