2018-ci ilin 3 ayı ərzində Azərbaycana 627835 nəfər xarici vətəndaş səfər edib ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 70207 nəfər və ya 12,6% artım deməkdir. Xarici vətəndaşların 185913 nəfəri yanvar, 166161 nəfəri fevral və 275 761 nəfəri isə mart ayında ölkəmizə gəlib.
   Ölkəmizə səyahət edən xarici vətəndaşların sayına görə Rusiya Federasiyası (171814 nəfər), Gürcüstan (138909 nəfər), İran (99158 nəfər) və Türkiyə (72733 nəfər) ilk sıralardadır. Bununla yanaşı, Birləşmiş Ərəb Əmirlikləri (29317 nəfər), Ukrayna (11847 nəfər) və İraq (11112 nəfər) vətəndaşları da Azərbaycana gələnlərin sırasında seçilib.
   Keçən ilin müvafiq dövrü ilə müqayisədə artım tempinə görə seçilən ölkələr Gürcüstan (15684 nəfər və ya 12,7%), Rusiya (11188 nəfər və ya 6,97%), Türkiyə (8191 nəfər və ya 12,7%), BƏƏ (6931 nəfər və ya 31%) və Küveyt (5621 nəfər və ya 614%) olub.
   2018-ci ilin 3 ayı ərzində Azərbaycana səfər edən xaricilərin əsas hissəsi MDB ölkələri və Gürcüstan (342457 nəfər və ya 54,5%), Fars körfəzi və Yaxın Şərq ölkələri (166976 nəfər və ya 26,5%) və Avropa ölkələrinin (93122 nəfər və ya 14,8%) payına düşüb. Bu müddətdə hər üç regiondan ölkəmizə gələnlərin sayında artım olub: MDB ölkələri və Gürcüstan region üzrə 28560 nəfər (9,0%), Fars körfəzi və Yaxın Şərq ölkələri üzrə 23022 nəfər (15,9%) və Avropa regionu üzrə 8008 nəfər (9,4%).