Bank kartları vasitəsilə əməliyyatlarda artım 
   
   Azərbaycana gələn xarici vətəndaşlar tərəfindən bank kartları vasitəsilə cari ilin yanvar ayında 99798809 manat, fevral ayında 91128890 manat, ümumilikdə isə 190927699 manat məbləğində əməliyyat aparılıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ildə xarici vətəndaşlar tərəfindən bank kartları vasitəsilə 31565965 manat və ya 20% daha çox vəsait xərclənib. Azərbaycan vətəndaşları tərəfindən isə xaricdə 2 ay ərzində 179521339 manat məbləğində əməliyyat aparılıb. Xarici vətəndaşların Azərbaycanda xərclədikləri vəsaitin həcmi Azərbaycan vətəndaşlarının xarici ölkələrdə xərclədikləri vəsaitdən 11406360 manat çoxdur.