“Azərbaycan Dəmir Yolları” QSC-də Rusiya Federasiyası Dağıstan Respublikasının xalq bədii sənətkarlıq və turizm naziri Rəbiyyət Zakavovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
   “Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Azərbaycan dəmir yollarında həyata keçirilən əsaslı yenilənmədən, ölkəmizin regional nəqliyyat layihələrində iştirakından bəhs edib.
   Görüşdə həmçinin dəmir yolu vasitəsilə yük və sərnişin daşımalarında gömrük prosedurlarının sadələşdirilməsi, Rusiyadan gələn turistlərin məhz dəmir yolunun imkanlarından istifadə etməklə ölkəmizin ərazisinə daxil olması müzakirə olunub. C.Qurbanov həmçinin gələcəkdə Azərbaycan-Rusiya dəmir yolunda “Stadler Rail Group”un istehsal etdiyi sürətli elektrik qatarlarından istifadə olunacağını vurğulayıb.