Aprelin 17-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində Türkiyə Cümhuriyyəti Bursa Böyükşəhər Bələdiyyəsinin inventarında olan “Türk İslam sənətləri” sərgisi açılacaq.
Sərgi Mədəniyyət və Turizm Nazirliyi, Bakı Yunus Əmrə İnstitutu və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının birgə təşəbbüsü ilə gerçəkləşəcək.
Aprelin 22-dək davam edəcək sərgidə müxtəlif janr və texnikalarda işlənmiş 80-dən artıq sənət əsərinin nümayişi nəzərdə tutulur.