Azərbaycanda terminoloji informasiya sisteminin yaradılması üçün metod və alqoritmlər işləniləcək.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun elmi şurasının növbəti iclasında məlumat verilib.
İclasda cari ildə nəzərdə tutulan elmi tədqiqat işləri barədə danışılıb, e-dövlət mühitində Azərbaycan dilinin tətbiqi və inkişafına dair bəzi xidmətlərin yaradılması konsepsiyasının işlənilməsinin nəzərdə tutulduğu diqqətə çatdırılıb.