Paytaxtın 328 nömrəli tam orta məktəbinin X sinif şagirdi Bəhruz Zamanlının çəkdiyi “Buta” rəsmi İtaliyada keçirilən beynəlxalq rəsm festivalında birinci yerə layiq görülüb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildiriblər ki, İtaliyanın Rimini şəhərində keçirilən “İtalian Break” mədəniyyət və incəsənət festivalında 28 ölkə təmsil olunub. Medal, diplom və sertifikata layiq görülən B.Zamanlı növbəti “İtalian Break” mədəniyyət və incəsənət festivalında iştirak üçün dəvət alıb, eləcə də “Play 2018” internet müsabiqəsinə qatılmaq şansı əldə edib.