Mayın 7-də Heydər Əliyev Sarayında “Suvar” ləzgi və rəqs ansamblı konsert proqramı ilə çıxış edəcək.
Kollektivin bədii rəhbəri Zavir Nəcəfov bildirib ki, konsert Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə və ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunacaq. Tədbir “Samur” Ləzgi Milli Mərkəzinin dəstəyi ilə keçiriləcək.
Qeyd edək ki, “Suvar” ləzgi mahnı və rəqs ansamblı (“suvar” ləzgi dilində “bayram” deməkdir) 1996-cı ildə Azərbaycanın Əməkdar mədəniyyət işçisi, yazıçı-jurnalist Sədaqət Kərimovanın təşəbbüsü və “Samur” Ləzgi Milli Mərkəzinin dəstəyi ilə yaradılıb. 2011-ci ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ansambla “Xalq kollektivi” fəxri adı verilib.