Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən gənc kamança ifaçılarının Habil Əliyev adına II Respublika müsabiqəsinin I seçim mərhələsi regionlarla yanaşı, Bakı şəhərində də təşkil olunub.
Müsabiqənin keçirilməsinin məqsədi kamança ifaçılığının təbliği, bu ixtisas üzrə musiqi təhsilinin inkişaf etdirilməsi, istedadlı uşaq və gənclərin aşkara çıxarılması, onların dəstəklənməsi, habelə milli musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, məşhur kamança ifaçısı Habil Əliyevin xatirəsinin əbədiləşdirilməsidir.
Ə.Bədəlbəyli adına 23 nömrəli onbirillik Musiqi məktəbində Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi tərəfindən keçirilən müsabiqənin I seçim mərhələsinə 24 nəfər iştirakçı qatılıb. Bu mərhələdə fərqlənənlər müsabiqənin II mərhələsində qabiliyyətlərini göstərəcəklər.