Tanınmış azərbaycanlı müğənni və bəstəkar Emin ilk dəfə Qazaxıstanda konsert verəcək. O, “Bumeranq 2018” adlı solo konsert proqramı ilə mayın 11-də Astanada “Qazaxıstan” mərkəzi konsert zalında, 12-də isə Almatıda Respublika Sarayında çıxış edəcək.
Konsert proqramına müğənninin sevilən məşhur hitləri ilə yanaşı, yeni kompozisiyaları da daxildir. Konsertdə ifaçını öz orkestri müşayiət edəcək.
Yeni tura “Bumeranq 2018” adı təsadüfi seçilməyib. Emin bu proqramla indiyədək olmadığı ölkələrə getməyi planlaşdırır.