Aprelin 15-də “YARAT” Müasir İncəsənət Mərkəzi balacaları vaxtlarını səmərəli keçirmək üçün ailəvi ustad dərsinə dəvət edir. Budəfəki mövzu 12 aprel - Dünya aviasiya və kosmonavtika gününə həsr olunub. Dərs zamanı balacalar raket düzəltməklə yanaşı, kosmonavtika haqqında da bir çox maraqlı məlumatlar əldə edəcəklər.