Gürcüstan 2018-ci ilin birinci rübündə xarici turizmdən 561 milyon dollar gəlir əldə edib. Gürcüstan Milli Bankı xəbər verir ki, bu məbləğ ötən ilin analoji dövrü ilə müqayisədə 28,6% çoxdur. Hesabat dövründə xarici turizmdən ən çox gəlir (237 milyon dollar) mart ayının payına düşüb.
Qeyd edək ki, yanvar-mart aylarında qonşu ölkəyə səfər etmiş əcnəbi ziyarətçilərin sayı illik müqayisədə 15,5% artaraq 1 milyon 463 min nəfər təşkil edib.