Ölkə ildə 200 minə yaxın əcnəbiyə vətəndaşlıq verir
   
   2016-cı ildə təxminən 1 milyon nəfər Avropa İttifaqı (Aİ) ölkələrinin vətəndaşlığını qəbul edib. Onların arasında İtaliya ən çox vətəndaşlıq verən ölkə olub.
   2016-cı ildə 201 min 591 nəfər İtaliya vətəndaşlığı alıb. Bu göstərici ilə İtaliya İspaniyanı (150 min 944 nəfər) geridə qoyub.
   İtaliya vətəndaşlığı alanların 18,3 faizi Albaniyadan, 17,5 faizi Mərakeşdən, 6,4 faizi isə Rumıniyadan olublar. 2016-cı ildə ümumilikdə 995 min nəfər Avropa İttifaqına üzv ölkələrin vətəndaşlığını qəbul edib. Qeyd edək ki, bu göstərici 2015-ci ildə 841 min, 2014-cü ildə isə 889 min nəfər təşkil edib.