Hədəf ildə 500 min turistdir
   
   Şimali Afrikanın turistik ölkələrindən olan Mərakeş Krallığında turizm sektorunda sürətli artım müşahidə olunur. 2018-ci ilin ilk iki ayında Mərakeşə 1,5 milyon turist gəlib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz çoxdur.
   Mərakeşi ziyarət edənlər arasında ilk yeri Fransa vətəndaşları tuturlar. Onlar Afrika ölkəsinə gələn turistlərin 11 faizini təşkil ediblər. İkinci yerdə isə İspaniya vətəndaşlarıdır. Çinli turistlərin sayı isə sürətlə artmaqdadır. 2017-ci ildə Mərakeşə gələn Çin turistlərinin sayı 100 min nəfər təşkil edib. Mərakeş Krallığının müvafiq orqanları bu rəqəmi 2020-ci il üçün 500 min nəfərə çatdırmağı qarşıya məqsəd qoyublar.