Tanınmış yapon rejissoru Kiyosi Kurosava öz yeni filmini Özbəkistanda çəkməyə hazırlaşır. Rejissor işçi adı "Dünyanın o başı" olan filmi üçün münasib məkan axtarır. 
   Filmin süjeti Özbəkistana çəkilişə gəlmiş səyahət realiti-şousu aparıcısının başına gələn əhvalatlar üzərində qurulub. 
   Kurosava deyib: "Teymurilər imperiyası uzun illər ərzində məni heyran etmişdi. Bu gün isə həmin imperiyanın ərazisində özbək xalqı yaşayır. Mən İpək Yolunun tən ortasında film çəkəcəyəm. "Dünyanın o başı" mənim digər filmlərimə bənzəmir, bu lent eyni vaxtda bir neçə arzunun gerçəkləşməsi olacaq". 
   Layihə Yaponiya ilə Özbəkistan arasında diplomatik münasibətlərin 25 illiyinə həsr olunub. 

Gülcahan