Azərbaycan Milli Konservatoriyasının növbəti “Musiqi saatı” türk xalq musiqisinə həsr olunub. Tədbirdə TRT İzmir Radiosunun musiqiçisi, “Dilsiz qaval metodu” dərsliyinin müəllifi Fedai Tekşahin qədim qaval, ney və bağlama alətlərində “Anadolu əzgiləri”ni səsləndirib. Türk Dünyası Xalq Çalğı Alətləri Orkestrinin üzvü Arif Azərtürk qədim laftada ifa edib.
Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi musiqiçilərə təşəkkürünü bildirib, onların ifalarını yüksək qiymətləndirib.
Fedai Tekşahin “Dilsiz qaval metodu" kitabını Siyavuş Kərimiyə təqdim edib. “Musiqi saatı”nda konservatoriyanın müəllim və tələbələri, dəvət olunmuş qonaqlar iştirak ediblər.