Azərbaycan Tərcümə Mərkəzinin yeni nəşri - görkəmli italyan nasiri Alberto Moravianın “Çoçara” kitabı işıq üzü görüb. Mərkəzdən bildirilib ki, Alberto Moravia - dünya ədəbi fikir müstəvisində bir çox əsərləri, o cümlədən “Həyat oyundur”, “Müsahibə”, “Diqqət”, “Özgə həyat” romanları, xüsusən dünya ədəbiyyatı oxucusunun marağına səbəb olan “Roma hekayələri” silsiləsi ilə tanınır.
   Yazıçının “Çoçara” romanı, eləcə də “Roma hekayələri” silsiləsindən “Mario”, “Dostluq”, “Bədxərc”, “Təlx ovqat”, “Bürkü zarafatları”, “Kötük”, “Körpə”, “Roma sikkəsi”, “Dublyor” kimi otuza yaxın hekayəsinin daxil edildiyi kitabı dilimizə Etimad Başkeçid və Mahir N.Qarayev çevirib.