“Google” tarixi abidələrin qorunması üzrə layihəyə başlayır
“Google” şirkəti ən yeni texnologiyalardan istifadə etməklə tarixi abidələrin qorunması üzrə layihəyə başlayacaq. Tezliklə şəbəkədə məşhur tikililərin ilk 3D modelləri yerləşdiriləcək.
Xarici KİV-in məlumatına görə, şirkət “Open Heritage” (“Açıq miras”) layihəsini “Google Arts & Culture” proqramı əsasında “CyArk” şirkəti ilə birgə hazırlayır. Mütəxəssislər üçölçülü modelləri lazer skanerlərinin köməyi ilə yaradacaq, sonra proqramın bazasına yükləyəcəklər. 3D modellərin arxivinə mobil proqram və internet vasitəsilə daxil olmaq mümkün olacaq.
İstehsalçıların sözlərinə görə, müasir texnologiyalar tarixi abidələri ətraflı təsvir etməyə imkan verir. 3D modellər hətta rəng və tekstura kimi ən xırda detalları belə ötürə biləcək.
Bəhruz