Aprelin 23-də Heydər Əliyev Sarayında Türkiyənin Milli suverenlik və uşaq bayramına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral və Azərbaycanın təhsil nazirinin müavini Firudin Qurbanov çıxış ediblər.
Tədbir musiqili proqramla davam edib. Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Azəri inciləri” kollektivi milli və türk xalqlarının rəqslərindən ibarət kompozisiya ilə çıxış edib.
Səfir E.Özoral tədbirin keçirilməsində əməyi olan təşkilatçıları, o cümlədən 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəhbərliyini mükafatlandırıb.