Bakı Xətai Sənət Mərkəzində elan edilən “Azərbaycanım” adlı respublika uşaq rəsm müsabiqəsi davam edir. Müsabiqə Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı ilə birgə keçirilir.
   Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzovun özlərinə görə, “Azərbaycan Xalq Cümhuriyyəti ili” çərçivəsində gerçəkləşən müsabiqə uşaqlarda bədii zövqün formalaşmasını stimullaşdırmaq, yaradıcılıq duyğularını inkişaf etdirmək, Vətənə məhəbbət aşılamaq məqsədilə təşkil olunur. İştirak etmək istəyənlər çəkdiyi rəsmin fotosu ilə bərabər özü haqqında məlumatı mayın 5-dək Xətai Sənət Mərkəzinin xsm.2016@mail.ru elektron ünvanına göndərə bilər. On beş yaşına qədər uşaq və yeniyetmələrin qatıla biləcəyi festivalda 30 əsər seçiləcək və müəllifləri mükafatlandırılacaq.