Sentyabrın 5-dən 11-dək Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində keçiriləcək VIII Kazan Beynəlxalq Müsəlman filmləri festivalının proqramı tərtib olunub. Festivalın proqramına azərbaycanlı rejissor Fariz Əhmədovun “Mayak” filmi də daxil edilib.
    Ekran əsərinin ssenari müəllifi Esmira Əyyub, operatoru Nizami Abbas, rəssamı İbrahim Eminov, bəstəkarı Rauf Əliyevdir. Filmdə Məmməd Səfa, Ər Toğrul Kamalov, Gülzar Qurbanova, Elşən Rüstəmov və başqaları çəkiliblər.
   “Mayak” filmi “Bu meydan, bu ekran - 2011” müsabiqəsinin nəticələrinə əsasən Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ekranlaşdırılıb.
   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar