Parisdə “Sensespace” sosial innovasiyalar mərkəzində gənc fotoqraf Maya Bağırovanın “Azərbaycanlı qaçqın uşaqlar” adlı fotosərgisi açılıb.
Sərgidə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından didərgin düşmüş azərbaycanlı qaçqın və məcburi köçkün uşaqların müxtəlif məkanlarda həyatını əks etdirən fotoları nümayiş olunub.
Ziyarətçilərə azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı məlumat vərəqələri paylanıb.
Sərgi suriyalı qaçqın uşaqlara məktəb ləvazimatları almaq üçün keçirilən xeyriyyə tədbiri çərçivəsində təşkil olunub.
Qeyd edək ki, gənc fotoqraf Maya Bağırova 2015-ci ildə Luvr Muzeyinin Karusel salonunda keçirilən SNBA fotosərgisinin “Fotoqrafiya” nominasiyasının medalına və “Jan Larivyer” mükafatına layiq görülüb. “Speos” Paris Fotoqrafiya Məktəbində təhsil alır.