Sentyabrın 14-də Azərbaycanda ilk dəfə olaraq yeni milli qısametrajlı bədii filmlərin birgə nümayişinə start veriləcək. 
   Tədbir təşkilatçılarının verdiyi məlumata görə, sentyabrın 14-dən 30-dək keçiriləcək nümayiş zamanı kino həvəskarlarına «Koramal», «İnkoqnito», «Ağ qan», «Nəfəs» və «24» qısametrajlı filmləri təqdim olunacaq. «Nizami» Kino Mərkəzində keçiriləcək tədbirdə sözügedən filmlər ardıcıl olaraq göstəriləcək.
   17 gün davam edəcək bu tədbir çərçivəsində hər gün 3 seans (saat 16, 18 və 20) təşkil olunacaq. Hər seans 80 dəqiqə davam edəcək. Xatırladaq ki, sözügedən qısametrajlı filmlər bir sıra beynəlxalq kino festivallarının iştirakçısı və qalibi olub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar