Sentyabrın 15-dən 23-dək Rusiyanın Anapa şəhərində MDB ölkələri filmlərinin nümayiş olunduğu “Kinoşok-2012” festivalı keçiriləcək. Festival çərçivəsində təşkil olunan müsabiqədə azərbaycanlı rejissor Şamil Əliyevin “Çölçü” tammetrajlı filmi də iştirak edəcək.
   
   Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “Çölçü” bədii filmi mövzu və ideya baxımından fərqli ekran əsəridir. Köhnə və yeni dünya arasında olan münaqişədən bəhs edən filmdə iki gəncin sevgi münasibəti də yer alıb. İnsan amilinin əsas götürüldüyü bu fəlsəfi dramın ssenari müəllifi Vidadi Həsənov, quruluşçu rejissoru Şamil Əliyev, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov, İbrahimxəlil Əminov, bəstəkarı isə Rauf Əliyevdir. Rollarda Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, gürcüstanlı aktrisa Salume Demuriya, Cavidan Məmmədli, Vüsal Mehrəliyev və digərləri çəkiliblər.
   Bundan başqa, festival çərçivəsində Fariz Əhmədovun “Mayak”, Yavər Rzayevin “İlahi məxluq”, Samir Kərimoğlunun “Niyyət” və Elçin Musaoğlunun “40-cı qapı” filmləri nümayiş olunacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar