Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mərdəkan Mədəniyyət sarayında Azərbaycan ilə Gürcüstanın dostluğuna həsr edilmiş növbəti konsert proqramı təqdim edilib.
Tədbirdə Mədəniyyət sarayının “Lalələr” rəqs kollektivinin rəngarəng çıxışları, 4 nömrəli Uşaq incəsənət məktəbinin “Nağaraçılar” instrumental ansamblının ifaları, “Məşəl” rəqs kollektivinin çıxışları tamaşaçılarda şən əhval-ruhiyyə yaradıb. Mədəniyyət sarayının solisti Xədicə Əhmədovanın ifaları isə alqışlarla qarşılanıb.
Həmçinin, Gürcüstanı təmsil edən “Tbilisi”, “Tergi”, “Laprebi” rəqs kollektivlərinin rəngarəng çıxışları da maraqla izlənilib.