Növbəti etüd pleneri Qusar rayonunda təşkil olunacaq
   
   Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Rəssamlar İttifaqı, Dövlət Rəssamlıq Akademiyası və “Xətai” Sənət Mərkəzinin təşkilatçılığı ilə mayın 4-də “Azərbaycan Xalq Cümhuriyyəti ili” çərçivəsində “Vətənin tərənnümü” silsiləsindən rəssamların növbəti etüd pleneri keçiriləcək.
   Növbəti etüd məkanı Qusar rayonu olacaq. Layihənin məqsədi rəssamlara doğma vətənin gözəllikləri, maddi və mənəvi sərvətlərini öz duyğu-düşüncələrini rəsm əsərlərində əks etdirmək imkanı yaratmaq, onların yaradıcılıq imkanlarını genişləndirmək, etüdə olan marağı stimullaşdırmaqdır.
   Plenerə 40-a yaxın rəssam, o cümlədən ötən il keçirilən “Vətənin tərənnümü” müsabiqəsinin qalibləri və mükafatçıları dəvət olunub. Qusar plenerində iştirak edən rəssamların etüdləri “Xətai” Sənət Mərkəzində nümayiş olunacaq.