Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən 9-cu Beynəlxalq turizm karikaturaları yarışması başa çatıb.
62 ölkədən 584 rəssamın 1100 əsərlə qatıldığı müsabiqədə ölkəmizi təmsil edən tanınmış rəssam, qəzetimizin yazarı Soltan Soltanlı üçüncü yerə layiq görülüb. Aprelin 29-da İzmir şəhərindəki “Four Points Sheraton” hotelində qaliblərin mükafatlandırma mərasimi keçirilib.
Müsabiqədəki iştirakı ilə bağlı S.Soltanlı deyib: “Hələ 2001-ci ildə bu ölkədə düzənlənən başqa bir beynəlxalq müsabiqədə birinci yerə layiq görülmüşdüm. Bu yarışmada isə hər il iştirakçıların sayı artır. Göndərilən əsərləri ayrı-ayrı vaxtlarda iki fərqli heyətdən ibarət beynəlxalq jüri dəyərləndirib. Yarışmaya üç əsər göndərmişdim, onlardan ikisi 140 əsərlə final mərhələsinə adlayıb, sonda isə biri üçüncü yeri qazanıb”.