Paytaxt məktəbləri arasında “Ən yaxşı şeir ifaçısı” bədii qiraət müsabiqəsinin final mərhələsi keçirilib.
   Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildiriblər ki, müsabiqənin yekun mərhələsinə paytaxtın bütün rayonları üzrə 72 məktəbli qatılıb.
   Qeyd edək ki, iki yaş qrupu (10-14 və 15-18) üzrə keçirilən müsabiqənin məqsədi Şərqdə ilk demokratik respublika qurucularının dövlətçilik tarixində göstərdikləri misilsiz xidmətlər barədə məktəblilərin əldə etdikləri bilikləri təkmilləşdirmək, onların vətənpərvərlik hislərini daha da artırmaq, nitq mədəniyyətini formalaşdırmaq və bədii qiraət sahəsində istedadlı şagirdləri müəyyənləşdirməkdir.
   Hər yaş qrupu üzrə ilk üç yeri tutan şagirdlər diplom və hədiyyələrlə mükafatlandırılıblar.