Rejissor Şamil Əliyevin “Azərbaycanfilm” kinostudiyasında lentə aldığı “Çölçü” filmi oktyabrın 12-16-da Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək V Beynəlxalq “Didor” kinofestivalında iştirak edəcək.
   “Şərq incə məsələdir” devizi altında keçirilən kinofestivalın ideyası tanınmış iranlı rejissor Möhsün Mahmalbafuya məxsusdur. Məqsəd isə Mərkəzi Asiya və dünya kinematoqrafçılarının bu sahədəki yenilikləri paylaşması və mədəni əməkdaşlıqdır. Festivalda Azərbaycan, Özbəkistan, Əfqanıstan, Gürcüstan, İran, Rusiya, Türkmənistan və s. ölkələrin filmləri nümayiş olunacaq. Artıq bir neçə festivala dəvət alan “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyevdir. Əsas rollarda Əməkdar artist Vidadi Həsənov, Bəhruz Vaqifoğlu və s. çəkiliblər.   

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar