Azərbaycan mədəniyyətini Ukraynada fəal təbliğ edən “Qafqaz” ansamblı bu ölkənin Mədəniyyət Nazirliyi tərəfindən “Ukrayna xalq kollektivi ansamblı” adına layiq görülüb.
Ansamblın yaradıcısı və rəhbəri Nicat Mirzəyev deyib ki, kollektivin bu ada layiq görülməsi Azərbaycan mədəniyyətinin uğurudur: “İşimizə sevginin, gecə-gündüz çalışmağımızın bəhrəsini gördük. Ukraynanın xoreoqrafiya tarixində bir iz qoyduq və ansamblımız bu ada layiq görüldü”.
Qeyd edək ki, Nicat Mirzəyev 20 ildən çoxdur Ukraynada yaşayır. O, Qafqaz rəqsləri məktəbində və həmçinin “Qafqaz” ansamblının fəaliyyəti çərçivəsində Azərbaycanın milli rəqslərini ukraynalılara və bu ölkədə yaşayan başqa xalqların nümayəndələrinə tədris edir.