Fayzi Qaskarov adına Başqırdıstan Dövlət Akademik Milli Rəqs Ansamblı Braziliyaya qastrol turnesinə hazırlaşır. "Başqırdıstanın mədəniyyət aləmi" elektron portalının yazdığına görə, mayın 10-dan 31-dək davam edəcək qastrol zamanı ansambl Braziliyanın doqquz şəhərində konsert verəcək.
2015-ci ildə Ufada keçirilmiş Şanxay Əməkdaşlıq İttifaqı və BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası) sammitlərinin mədəniyyət proqramında fəal iştirak etmiş ansambl adıçəkilən birlik ölkələrindən davamlı olaraq qastrol səfərlərinə dair təkliflər alır. Bu dəfə sambo rəqsinin vətəni Braziliyaya 50 nəfərlik heyətlə səfərə çıxır.
Qastrol proqramına başqırd milli rəqsləri və Rusiya xalqlarının rəqsləri daxildir.
70 illik tarixi olan ansambl uzun illərdir ki, bütün dünyada başqırd və çoxmillətli Rusiya mədəniyyətini ən yüksək səviyyədə təmsil etməkdədir.
Gülcahan Mirməmməd