Qırğızıstan teatrsevərləri ilk dəfə U.Şekspirin “Maqbet” pyesini eyni vaxtda iki dildə izləmək imkanı qazanıblar. Aktyorlar bir-biriləri ilə qırğız və ingilis dillərində danışırlar.
"Maqbet" tamaşasını Böyük Britaniyadan dəvət edilmiş quruluşçu rejissor Sara Berger hazırlayır. Tamaşada rol alan aktyorların ikisi İngiltərədən gəlib, qalanları yerli aktyorlardır.
Təşkilatçıların “nadir premyera” kimi təqdim etdiyi ikidilli "Maqbet" tamaşası mayın 1-dən 4-dək T.Abdumomunov adına Qırğızıstan Milli Akademik Dram Teatrında nümayiş olunur.
Gülcahan Mirməmməd