Mayın 7-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin təşkilatçılığı ilə Respublika İncəsənət Gimnaziyasında ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr edilmiş fotosərgi açılıb.
Tədbirdə ümummilli liderin keçdiyi həyat yolu haqqında məlumat verilib.
Qeyd edilib ki, dahi siyasətçinin vətənimiz üçün gördüyü işlər daim yaddaşlarda yaşayacaq.
Sonra iştirakçılar ulu öndərə həsr olunmuş “Mədəniyyətimizin keşiyində” adlı səyyar fotosərgi ilə tanış olublar. 20-dən çox fotonun nümayiş edildiyi sərgidə Heydər Əliyevin siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar yer alıb.
Tədbir İncəsənət gimnaziyası şagirdlərinin ulu öndərə həsr etdiyi konsert proqramı ilə davam edib.