Azərbaycan Tərcümə Mərkəzindən yeni nəşri - çağdaş Ukrayna ədəbiyyatının tanınmış siması Vladimir Danilenkonun “Qürub çağının işığında” kitabı çapdan çıxıb.
   Tərcümə Mərkəzindən bildirilib ki, əsərlərindəki lakoniklik, özünəməxsus satira və ironiya tərzi Danilenkonu Ukrayna ədəbi mühitinin ən çox oxunan müəlliflərindən birinə çevirib.
   Yazıçının “Tarnovskilər malikanəsindəki kölgələr” və “Mənim qarayanız, qıvrımsaç günəşim” romanları, eləcə də “Qulaqlar”, “Kiyevli oğlan”, “Qürub çağının işığında”, “Göbələk çığırtısı”, “Turovestdə futbol”, “Zanbaqlar arasındakı iz”, “Dovşan” hekayələrinin yer aldığı kitabı Azərbaycan dilinə Etimad Başkeçid tərcümə edib.