Filologiya üzrə elmlər doktoru, professor Buludxan Xəlilovun “Azərbaycan ədəbiyyatında erməni xisləti” kitabı çapdan çıxıb.
   Kitabın elmi redaktoru siyasi elmlər üzrə elmlər doktoru, millət vəkili Hikmət Babaoğlu, rəyçiləri filologiya üzrə fəlsəfə doktoru Ağasən Bədəlzadə və tarix üzrə fəlsəfə doktoru Nazim Mustafadır.
   Müəllif Mirzə Fətəli Axundzadənin, Cəlil Məmmədquluzadənin, Nəriman Nərimanovun, Cəfər Cabbarlının, Üzeyir Hacıbəylinin, Yusif Vəzir Çəmənzəminlinin yaradıcılığı əsasında ermənilərin ikiüzlülüyü, müsəlmanları əsas hədəf kimi götürmələri, milli ədavətin qızışdırıcısı və iştirakçısı olmaları kimi məsələləri şərh və təhlil edib.
   Bundan başqa, nəşrdə erməni-müsəlman münasibəti, ermənilərin qonşu xalqlara xəyanəti, hazırda yaşadıqları əraziyə gəlmələri, həmişə “xristianlıq mərhəməti”ndən öz mənfəətləri naminə istifadə etmələri bədii mətnlərə istinadla oxuculara təqdim olunub.