Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) xalq artistləri Fidan və Xuraman Qasımovaların sinfində təhsil alan tələbələr konsert proqramı ilə çıxış ediblər.
   BMA-dan bildirilib ki, konsertdə tələbələr tərəfindən “Sehrli fleyta” operasından Paminanın ariyası, “Mənim cazibədar ledim” müziklindən “Mən rəqs etmək istəyirəm” ariyettası, “Fiqaronun toyu” operasından Fiqaronun, Kontessanın və Kerubinanın ariyaları, “Ölkəm” romansı, “Porgi və Bess” operasından Klaranın laylası, “Somnambul” operasından Aminanın ariyası, “Şelburq çətiri” kinofilmindən duet, “Don Paskuale” operasından Norinanın ariyası və digər musiqi nömrələri yüksək peşəkarlıqla ifa olunub.
   İfaçılar M.Maqomayevin “Odlar yurdu” musiqi parçasını ifa etməklə konsertə yekun vurub.
   Qeyd edək ki, maraqla qarşılanan konsertdə ifaçıları pianoda BMA-nın müəllimləri Rəna Ağayeva və Nigar Məlikova müşayiət ediblər.