Noyabrın 27-29-da Gənclər və İdman Nazirliyinin və “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin təşkilatçılığı ilə Bakıda “START” Tələbə və Gənclərin Beynəlxalq Film Festivalı keçiriləcək. Artıq festivala filmlərin qəbulu başlanıb. “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin rəhbəri Fehruz Şamıyevin sözlərinə görə, builki festivalda Avropa və Asiyadan 25-dək ölkənin iştirakı gözlənilir. Tədbirdə gənc kinematoqrafçılarla yanaşı, ortayaşlı kinematoqrafçılar üçün də maraqlı proqram nəzərdə tutulub.
   Festivala filmlər 20 oktyabr tarixinədək qəbul edilir. Burada tələbələr və yaşı 35-ə qədər olan gənc rejissorlar iştirak edə bilərlər. Ekran əsərləri “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı cizgi filmi”, “Ən yaxşı eksperimental film” və “Ən yaxşı film - Qran pri” mükafatı uğrunda yarışacaqlar. 

   Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar