Qırğızıstanın qızlardan ibarət 填may" rəqs ansamblı Şimali Kiprin Güzelyurt İncəsənət Assosiasiyasının (GÜSAD) təşkil etdiyi 22-ci beynəlxalq mədəniyyət və incəsənət festivalında uğurla çıxış edib. GÜSAD-ın təşkil etdiyi ənənəvi festivala hər il müxtəlif ölkələrdən kollektivlər qatılır.
Aprelin 28-dən mayın 8-dək davam edən festival barədə təəssüratlarını bölüşən "Umay"ın rəhbəri Mira Toktoqonova söyləyib ki, bizim qızlar tez-tez müxtəlif beynəlxalq festivallarda milli rəqs sənətini nümayiş etdirirlər. Onların çıxışları həmişə maraqla qarşılanır. Bu dəfə də zərif qırğız qızlarının incə rəqsləri bir çox ölkələrdən gəlmiş peşəkarları və milli rəqsləri sevən tamaşaçıları heyran etdi.