Türkiyənin Antalya şəhərində keçirilən 49-cu Beynəlxalq “Qızıl Portağal” film festivalında yerli və xarici filmlərin tammetrajlı, qısametrajlı və sənədli filmlər nominasiyalarının qalibləri elan edilib. “Ən yaxşı film” nominasiyasında Türkiyəni təmsil edən "Zərrə" filmi qalib gəlib. “Ən yaxşı rejissor” mükafatını da bu filmin rejissoru Ərdəm Təpəgöz qazanıb.
Filmin quruluşçu rəssamı, azərbaycanlı Törəxanım Ağabəyova isə festivalın “Ən yaxşı quruluşçu rəssam” nominasiyasında qalib olub. Məşhur aktrisa Hülya Afşarın rəhbərlik etdiyi münsiflər heyəti Törəxanım Ağabəyova seçimini belə əsaslandırıb ki, o, hər gün gördüyümüz dünyanı bizə daha sərt və qavranılan şəkildə təqdim edib.