Tacikistanın paytaxtı Düşənbədə V “Didor” beynəlxalq kinofestivalı keçirilir. Festivalda Azərbaycan, Rusiya, Gürcüstan, Əfqanıstan, Monqolustan, İran, Mərkəzi Asiya ölkələri və digər dövlətlərin 30-dan artıq tammetrajlı və qısametrajlı bədii filmi iştirak edir.
Beynəlxalq kino bayramının birinci günündə İran rejissoru Murtazo Nidainin “Şairin taleyi” filmi göstərilib. Festivalda Azərbaycanı kinorejissor Şamil Əliyevin “Çölçü” və Fariz Əhmədovun “Mayak” filmləri təmsil edir. Açılış mərasimində Şamil Əliyev və “Didor” V Beynəlxalq kinofestivalı münsiflər heyətinin üzvü Elçin Musaoğlu da iştirak edib.
Azərbaycan filmləri oktyabrın 19-da nümayiş etdiriləcək. Oktyabrın 20-də başa çatacaq festival çərçivəsində kinematoqrafiyanın müasir problemlərinə həsr olunmuş dəyirmi masa da keçiriləcək.