Noyabrın 1-dən 4-dək Londonda Azərbaycan filmlərinin festivalı keçirilib. Tədbir Azərbaycanın Böyük Britaniyadakı səfirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Avropa-Azərbaycan Cəmiyyəti və Londonda fəaliyyət göstərən Azərbaycan Mədəniyyətlərarası Cəmiyyətinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
   Bu münasibətlə təşkil olunmuş tədbirdə çıxış edən səfir Fəxrəddin Qurbanov kino sənətinin dünya mədəniyyətinin inkişafında misilsiz rol oynadığını, Azərbaycan kinosunun da bu baxımdan istisna olunmadığını və dünya kinematoqrafiyasına böyük töhfələr verdiyini diqqətə çatdırıb.
   Azərbaycan London Film Festivalının ilk dəfə keçirildiyini və yerli tamaşaçıları ölkəmizin mədəniyyəti ilə daha yaxından tanış etmək üçün belə tədbirlərin böyük əhəmiyyətə malik olduğunu vurğulayan səfir, milli kino sənətimizin tarixindən danışıb, gələcəkdə belə festivalların mütəmadi təşkilinin vacibliyini vurğulayıb.
   Londonda ilk dəfə keçirilən festival Azərbaycan kino sənəti nümunələrinin Böyük Britaniyada təbliğinə geniş imkan yaratmışdır. Dörd gün davam edən festivalda Azərbaycan kinematoqrafçılarının 8 bədii və sənədli filmi nümayiş etdirilib. Ekran əsərləri maraqla qarşılanıb.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar