Rusiya Federasiyasının Mordova Respublikasının paytaxtı Saranskın İ.M.Yauşev adına Dövlət Musiqi Teatrı yeni mövsümdə görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyi münasibətilə "Yeddi gözəl" baletini səhnəyə qoyacaq.
   Bu ilin sentyabr ayında tamaşaçılara təqdim olunacaq baleti xoreoqraf, Rusiyanın Əməkdar artisti Vitali Axundov səhnələşdirəcək. Teatrın direktoru Vladimir Şarapovun sözlərinə görə, layihə Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilir.
   Qeyd edək ki, Vitali Axundov Bakıda dünyaya gəlib. Rusiya Teatr Sənəti İnstitutunun və Moskva Dövlət Xoreoqrafiya Akademiyasının müəllimidir. Bundan əvvəl o, Mordova teatrında "Min bir gecə" baletinin quruluşçu rejissoru kimi çıxış edib.