Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar olaraq, Milli Arxiv İdarəsi tərəfindən virtual sərgi istifadəçilərin ixtiyarına verilib. Layihə Milli Arxivdə və Dövlət Kino-Foto Sənədləri Arxivində mühafizə edilən sənədlər əsasında hazırlanıb.
Milli Arxiv İdarəsinin informasiya təminatı və elektron xidmətlər mərkəzinin rəhbəri Natiq Eminov bildirib ki, virtual sərgidə Cümhuriyyət dövrünə aid sənədlər və fotoşəkillər yerləşdirilib.