Azərbaycanlı rejissorun yeni filmi beynəlxalq festivalda uğur qazanıb
   
   Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində “Mənim böyük məmləkətim” sənədli filmlər festivalı başa çatıb. 30-dan çox ölkədən rejissorların iştirak etdikləri festivalın məqsədi Asiya ölkələri arasında mədəni əməkdaşlığın möhkəmləndirilməsinə nail olmaqdır.
   
   Festivalda ölkəmizi Rusiyada yaşayan həmvətənimiz, rejissor və prodüser, bir sıra beynəlxalq kino müsabiqələrinin laureatı Rodion İsmayılov “Doğma ocaq” sənədli filmi ilə təmsil edib. Film festivalın təşkilatçıları tərəfindən “Eyni fərqlilik” nominasiyasında xüsusi mükafata layiq görülüb.
   Xalqımızın qədim adət-ənənələrini özündə əks etdirən “Doğma ocaq” filmində Azərbaycan və Rusiya mədəniyyətlərinin yaxınlığı da əksini tapıb. Ekran əsəri atası rus, anası azərbaycanlı olan gənc qızın ölkəmizin mədəniyyəti, adət-ənənələri haqqında əldə etdiyi məlumatlarla başlayır.
   Rusiyanın “DS film” və Azərbaycanın “Sinema evi” studiyalarının müştərək istehsalı olan film Azərbaycanın Mədəniyyət və Turizm, Rusiyanın Mədəniyyət nazirliklərinin dəstəyi ilə ekranlaşdırılıb.
   Qeyd edək ki, R.İsmayılovun bundan əvvəl lentə aldığı “Köç” filmi də bir sıra beynəlxalq festivallarda mükafatlara layiq görülüb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar