İyunun 1-dən 3-dək Rusiyanın Saratov şəhərində XXXI Sobinov musiqi festivalı çərçivəsində vokalçılar müsabiqəsi keçirilib. Böyük rus vokalçısının şərəfinə keçirilən sənət yarışmasının əsas tələbinə görə, müsabiqədə yalnız indiyədək beynəlxalq və ümumrusiya müsabiqələrində laureat adını qazanmış ifaçılar çıxış edə bilər.

10-dan çox ölkədən ifaçıların qatıldığı müsabiqə 2 turdan ibarət olub. Gənc ifaçılar birinci turda romans, xalq mahnısı, ikinci turda isə dünya klassik opera əsərlərindən ariyalar oxuyublar.

Münsiflər heyətinin qərarı ilə sayca 20-ci yarışın I mükafatına Rusiya təmsilçisi Natalya Zimina layiq bilinib. II mükafat Başqırdıstan təmsilçisi Qulnara Valeyevaya, III mükafat isə Özbəkistandan olan vokalçı Abbosxon Raxmatullayevə çatıb. 

GÜLCAHAN