Rejissor Fariz Əhmədovun “Mayak” filmi VI Moskva Qısametrajlı Filmlər Festivalında (“Debüt kino-2012”) “Başqa ölkələr” proqramı çərçivəsində “Ən yaxşı film” mükafatına layiq görülüb. Festivalın əsas məqsədi kino dili ilə bu günün problemini, novator və parlaq ideyaları göstərməyi bacaranlar üçün imkan yaratmaqdır. Festival çərçivəsində bədii, sənədli, animasiya və eksperimental ekran əsərləri nümayiş olunur.
Xatırladaq ki, “Mayak” filmi indiyədək Rusiya, Almaniya, Birləşmiş Ərəb Əmirliyi, İtaliya, İran, Gürcüstan, Serbiya və s. ölkələrdə keçirilən festivallarda ölkəmizi uğurla təmsil edib. “Bu meydan, bu ekran - 2011” kino müsabiqəsinin nəticələrinə əsasən Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ekranlaşdırılmış filmin ssenari müəllifi Esmira Əyyub, operatoru Nizami Abbas, rəssamı İbrahim Eminov, bəstəkarı Rauf Əliyevdir. Rollarda Məmməd Səfa, Ərtoğrul Kamalov, Gülzar Qurbanova, Elşən Rüstəmov və başqaları çəkiliblər.
Film ata-oğul arasında münasibətlərdən bəhs edir.
Reyhan